Hulusi Akar: "Silahlı Qüvvələrimiz Qarabağda qardaşlarımıza dəstək olur"


Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Çanaqqala Zəfərinin 106-cı ildönümü münasibətilə yaydığı təbrik açıqlamasında Qarabağı da xatırlayıb.
Yeniavaz.com “Hürriyet”ə istinadən xəbər verir ki, o öz təbrik mesajında Qarabağ məsələsində Azərbaycanın maraqlarına dəstək olduqlarını bildirib:
“Türkiyə Silahlı Qüvvələri cənab prezidentimizin rəhbərliyi ilə Suriyada, İraqın şimalında, Aralıq dənizinin şərqində millətimizin haqq, mənafe və maraqlarını qorumaqla yanaşı Liviyada və Qarabağda qardaşlarımıza dəstək olmaqdadır”.

DİGƏR XƏBƏRLƏR

Top