Bakıda həftəsonu qanunsuz işləyən mikroavtobuslar peyda olub - Yol polisindən çağırış


Bakıda həftəsonları qanunsuz işləyən mikroavtobuslar peyda olub.
Yeniavaz.com "trend"ə istinadla xəbər verir ki, bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Trend-ə deyib.
V.Əsədov həmin mikroavtobusların qanunsuz fəaliyyət göstərdiyini vurğulayaraq insanları diqqətli olmağa çağırıb.
O qeyd edib ki, həmin hallar xüsusilə Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətində müəyyən edilib. Onun sözlərinə görə, "20 Yanvar" dairəsində polis əməkdaşları bu halların qarşısını almaq üçün zəruri tədbirlər görür:
"Həmin mikroavtobuslar insanlarla əvvəlcədən sövdələşərək onları yığır və ara küçələrlə hərəkət edərək Sumqayıta və digər ərazilərə qanunsuz sərnişin daşıyırlar. Qanunsuz və gizli işlədikləri üçün yol-hərəkət qaydalarını da kobud şəkildə pozurlar və avtomobili təhlükəli sürürlər. İnsanları bu cür qanunsuz fəaliyyət göstərən mikroavtobuslardan istifadə etməməyə çağırıram".

DİGƏR XƏBƏRLƏR

Top