Milyonluq yeyintidə ittiham olunan “Bakılift-2”nin sabiq rəisi azadlığa buraxıldı


Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Ruslan Dilanova qarşı irəli sürülən ittihamlar məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə
zalından azadlığa buraxılıb.
Qeyd edək ki, "Lifttəmir" İstehsalat Birliyinə aid olan “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş R.Dilanov külli miqdarda mənimsəmədə təqsirləndirlirdi.
İttihama əsasən, binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb, ticarətlə məşğul olan şəxslərə satılıb. Amma saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.
O Cinayət Məcəlləsinion 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunub.

DİGƏR XƏBƏRLƏR

Top