Ağ Ev Rusiyaya təzyiqlərini artırır


“Rusiyadan etdiklərinin qarşılığında hesabat istənəcək”.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Yen Psaki günlük mətbuat konfransında Rusiyanın öz səfirini geri çağırması ilə bağlı danışarkən deyib. O bildirib ki, hazırkı hakimiyyət Rusiya ilə Trampın vaxtındakı kimi deyil, daha açıq olacaq. Ağ ev sözçüsü narahatlıq hiss etdikləri mövzuları həmən aydınlaşdırılacaqlarını vurğulayıb.
Psaki Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Co Bayden arasında olan telefon danışığına da toxunub:
“Konqres və digərləri anlamalıdırlar ki, Rusiya kimi bizi bölməyə çalışan düşmənlərimizə qarşı strategiyamız onların taktikalarını üzə çıxarmaq olacaq. Dünya da bunun fərqindədir”.
Xanım sözçü, bəzi mövzularda fikir ayrılıqları olsa da, “New Start” nüvə silahsızlaşdırmasını özündə əks etdirən razılaşmada ortaq nöqtəyə gələ bilmələrinin mümkünlüyündən də danışıb.
Qeyd edək ki, ötən gün Baydenin Putinə qarşı işlətdiyi fikirdən sonra Rusiyanın bu ölkədəki səfiri geri çağırılıb.

DİGƏR XƏBƏRLƏR

Top