Şəhid Fikrət Bəşirovun dəfn mərasimi keçirilib - FOTOLAR

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulması zamanı şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlunun Astara rayonunun Şahağacı kəndində dəfn mərasimi başlayıb. Şəhidin tabutu bir neçə saat əvvəl Şahağacı kəndindəki evlərinə gətirilib.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu F.Bəşirovv müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. Qeyd edək ki, dörd gün əvvəl şəhidin qız övladı dünyaya gəlib. O, Fizuli istiqamətində şəhid olub. report

DİGƏR XƏBƏRLƏR

Top