Məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub


Bərdə rayonunda yanğın hadisəsi olub.
Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Qaradəmirçi kəndində ümumi sahəsi 100 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top