Yasamalda iki minik avtomobili toqquşub


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda “Renault” və “Daewoo” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Renault" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top