
Birləşmiş Millətlər Təşkilatı və Dünya Səhiyyə Təşkilatının əməkdaşlığı ilə qurulan və yoxsul ölkələrin peyvəndlərə çıxışını təmin etmək üçün çalışan COVAX proqramı üzrə Fələstinə ilk COVID-19 peyvəndləri çatdırılıb.
Yeniavaz.com “Hürriyyet”ə istinadən xəbər verir ki, bu barədə İsrail təhlükəsizlik mənbələri məlumat verib. Məlumatda deyilir ki, 60 min dozalıq “Pfizer” və “AstraZeneca” peyvəndi Təl-Əviv yaxınlığındakı Ben Qurion hava limanından fələstinli səlahiyyətlilərə çatdırılıb.