Sumqayıtda quyudan tapılan meyitlə bağlı DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi ötən il Sumqayıt şəhərində itkin düşən şəxsin meyitinin quyudan tapılması ilə bağlı açıqlama verib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, şəhərin Tağıyev qəsəbə sakini Xanəli Əmirov 2020-ci il dekabrın 20-də itkin düşüb: “Onun yaxınlarının polisə verdiyi məlumatla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsi, eyni zamanda, İdarənin ərazi polis bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin tapılması istiqamətində intensiv tədbirlər həyata keçirilib. 

Nəhayət, martın 15-də günorta saatlarında qəsəbənin ərazisindəki orta məktəbin yaxınlığında quyuda onun yanmış meyitini aşkar ediblər.

İlkin araşdrmalar müəyyən edilib ki, Xanəli Əmirovun evinə gəlmiş tanışları Yusif Rəhimov və onun dayısı Tehran Rəşidov münaqişə zəıminində onu bıçaqla qətlə yetirərək izi itirmək məqsədi ilə meyiti yandıraraq quyuya atıblar. Sumqayıt ŞPİ əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törəməkdə şübhəli bilinən hər iki şəxs tutulub”.

Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

DİGƏR XƏBƏRLƏR

Top