İran ballistik raketlərini nümayiş etdirdi


İran İnqilab Keşikçilərinin yeni hərbi obyekti nümayiş etdirilib.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, İran İnqilab Keşikçilərinin baş komandanı Hüseyn Salami və nümayəndə heyəti Fars körfəzindəki müəssisəni gəzərək ballistik raketləri və silahları nəzərdən keçirib. 
Səfər zamanı açıqlama verən Salami nümayiş olunan silahların İran İnqilab Keşikçilərinin donanmasının raket tutumunun yalnız kiçik bir hissəsi olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-ın siyasi şərhçiləri İranın silahları nümayiş etdirməklə sanksiyalara qarşı ABŞ-a təzyiq etmək istədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top