"Vaksin vurdurmazdan əvvəl analiz verməyə ehtiyac yoxdur" - RƏSMİ


"AstraZeneca peyvəndinin vurulmasından sonra baş verən hallarla bağlı araşdırma aparılır".

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.
O bildirib ki, bunun peyvəndlə bağlı olub-olmaması tam bilinmir: “Ölkələr özünü sığortalamaq üçün peyvəndi dayandırır”.
Onun sözlərinə görə, vaksinlər müxtəlifdir və hər istehsalçı insanı peyvəndin qoruma müddətini fərqli deyir: “Vaksinlərin təsirinin yarım ildən çox olması düşünülür. Amma bununla bağlı da tam məlumat yoxdur”.
İnfeksionist bildirib ki, vaksin vurdurmazdan əvvəl analiz verməyə ehtiyac yoxdur: “Amma hər bir şəxs özü haqqında məlumat almaq üçün analiz verə, özünü yoxlatdıra bilər”.

DİGƏR XƏBƏRLƏR

Top