Rusiya ABŞ-ın superqırıcısına dair məlumat almaq üçün hakerlərdən istifadə edib

Rusiya ilə bağlı hakerlər 2016-cı ilin iyununda İtaliyanın Hərbi Hava Qüvvələrinin (HHQ) serverini dağıda bilərdi. “Yeniavaz.com”un “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın “La Repubblica” nəşri ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verir. Nəşrin yazdığına görə, söhbət APT28 haker qruplaşmasından gedir. Həmin qruplaşma Ümumdünya Antidopinq Agentliyinin informasiya sistemini dağıtmaqda və 2016-cı ilin seçkiqabağı kampaniyası zamanı ABŞ-ın Demokratlar Partiyasının daxili şəbəkəsinə müdaxilə etməkdə ittiham olunur. Qeyd edilir ki, hakerlər İtaliya HHQ-nin serverində ABŞ-ın “F35” supermüasir qırıcılarına dair məxfi məlumatlar əldə etməyə çalışıblar. Lakin kiberhücumlar uğursuz olub. İtaliya NATO-nun üzvü kimi F35-in sınaqlarında fəal iştirak edib və ölkənin bəzi məxfi yeniliklərə çıxışı var.

DİGƏR XƏBƏRLƏR

Top