Paşinyanın mitinqi barədə qalmaqallı məlumat yayan jurnalist işdən çıxarıldı


Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mitinqi tənqid edən erməni jurnalist Hraçya Papinyan işdən çıxarılıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, erməni jurnalist Hraçya Papinyan Ermənistanın İctimai televiziyasından uzaqlaşdırılıb. Onun Paşinyan barədə qalmaqallı məlumatlar və tənqidlər səsləndirdiyi üçün işdən çıxarıldığı bildirilib.
Qeyd edək ki, Papinyan Nikol Paşinyanın keçirdiyi sonuncu mitinqə insanların 20 min dram (70 manat) müqabilində gətirildiyini iddia etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top