Suriya prezidenti Bəşər Əsəd İsrailin Dəməşqə hücum etdiyini iddia edib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisənin yerli vaxtla saat 22:35-də baş verdiyi bildirilib. Hücum vaxtı şəhərdə kiçik dağınıtlar olub. Məlumatda deyilir ki, raketlər Suriyanın hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.