Vətən müharibəsi qazisi evləndi - FOTOLAR


Mingəçevir "Asan xidmət" mərkəzində Vətən müharibəsi qazisinin nikah mərasimi qeyd edilib.

Yeniavaz.com xəbər verir ki, 44 günlük Vətən müharibəsi qazisi, Abduləzimov Elçin Bəhərçin oğlu 07.06.1998-ci ildə Şəki rayon Böyük Dəhnə kəndində anadan olub. 2020 iyul ayında hərbi xidmətə gedib. Suqovuşan, Ağdərə, Tərtər, Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Noyabr ayının 2-də Suqovuşan, Ağdərə istiqamətlərində olan döyüşlərdə ağır yaralanıb. Naftalanda əməliyyat olunaraq Mingəçevirə göndərilib. Mingəçevirdə müalicəsi davam etdirilib və əməliyyat olunub sonra yenidən Bakıya göndərilərək orda da əməliyyat olunub. Hal-hazırda qazinin səhhəti normaldır. Bu gün Vətən müharibəsinin qazisi ailə həyatı qurur. O, sevdiyi Məhərrəmova Nigar İlqar qızı ilə nikaha daxil olub.
Qeyd edək ki, bəylə gəlin 2016-cı ildə İngilis dili ixtisası üzrə Mingəçevir Dövlət Universitetinə (MDU) daxil olub. MDU-nun məzunları olan bəylə gəlinə nikah haqqında şəhadətnamə təqdim edilib. Şahid qismində Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova onlara ailə səadəti və xöşbəxtlik arzulayıb.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top