Ata Abdullayevin apellyasiya şikayəti üzrə qərar elan edilib


Bakı Apelyasiya Məhkəməsində özünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mediada onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb. //Report

DİGƏR XƏBƏRLƏR

Top