Bakıda yük maşını aşdı, toyuqlar yola töküldü - FOTO


Bakının Biləcəri dairəsi yaxınlığında diri toyuq daşıyam yük avtomobili aşıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə nəticəsində Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top