Bakıda təhlükəli gecə - 7 ev əşyaları ilə birlikdə yanaraq külə döndü - VİDEO


Bakının Binəqədi rayonunda bir-birinə bitişik 7 ev yanıb.

Yeniavaz.com BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədov küçəsi 19 ünvanında yerləşən Humanitar Kollecin yataqxanasının həyətindəki yeddi evdə yanğın baş verib.

Evlər taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının miqyası qısa zaman ərzində genişlənib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı xoşbəxtlikdə xəsarət alan olmasa da, sakinlərə məxsus əşyaları alovdan çıxarmaq mümkün olmayıb.

Nəticədə 7 ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

DİGƏR XƏBƏRLƏR

Top