Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.