Rusiya tviterə vaxt qoydu, şərtlər yerinə yetməsə tamamilə qadağan ediləcək


Rusiya tviterin ölkə qanunlarına uyğun şəkildə fəaliyyət göstərməməsi halında tamamilə qadağan ediləcəyini bildirib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Xidməti (“Roskomnadzor”) tərəfindən məlumat verilib. “Roskomnadzor” rəsmisi Vadim Subbotin bildirib ki, tivterə təxminən bir ay vaxt verilib. Həmin müddəty ərzində Rusiya tərəfindən bildirilən məlumatlar silinməsə və ölkə qanunlarına uyğun hərəkət edilməsə sosial şəbəkənin Rusiyada istifadəsi tamamilə qadağan ediləcək.
Qeyd edək ki, “Roskomnadzor” martın birində tviterin 2017-ci ildən bəri qadağan olunmuş informasiyalar daşıyan 2862 materialı silmədiyini açıqlamışdı. Bu səbəblə tviter rəhbərliyinə qadağan edilmiş məlumatları olan materialların silinməsi üçün 28 mindən çox müraciət göndərilib. Ancaq bununla bağlı müsbət cavab alınmayıb. Rusiya həmçinin bildirib ki, tviterdə icazəsiz mitinqə çağırışla bağlı məlumatlar da yerləşdilir. Bu isə qanuna zidd haldır.
 

DİGƏR XƏBƏRLƏR

Top