Astanada 6 il Qazaxıstan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini postunu tutmuş Baqlan Maylıbaev həbs edilib. Ondan başqa, Prezident Administrasiyasının bir sıra əməkdaşları da saxlanılıb.Əməliyyat yanvarın 13-də aparılıb. Amma agentliyin məlumat verən mənbə Prezident Administrasiyasının konkret hansı əməkdaşlarının saxlandığını deməyib. Sadəcə onu bildirib ki, bütün saxlananların telefonları əhatə dairəsindən kənarda olduğu üçün onlarla əlaqə saxlamaq mümkün deyil. Onlar xidməti vəzifədən sui-istifadədə, həmçinin Cinayət Məcəlləsinin korrupsiyaya qarşı bir sıra maddələri ilə ittiham olunurlar. Başqa məlumatlara görə isə söhbət, Prezidentin Administrasiyası əməkdaşlarının Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kyandık Bişimbaev və "Bayterek" dövlət şirkəti barəsində qaldırılmış cinayət işlərində iştirakından gedir. Qeyd olunur ki, həmin nazir Qazaxıstan prezidentinin 12 yanvarda imzaladığı fərmanla vəzifədən azad edilib. virtualaz.org