Ağdamda minaya düşənlərin adları açıqlandı - VİDEO - YENİLƏNİB


Ağdamda minaya düşən ailə üzvlərinin adları məlum olub.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, onlar rayon sakinləri - Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Akif oğludur.
Hadisə zamanı Akif Hüseynovun nəvəsi Razi Nadir oğlu Hüseynov da onların yanında olub. O, yüngül xəsarət aıb.

***18:17
Ağdamda mülki şəxslər minaya düşüb.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Ata üç oğlu ilə birgə minaya düşüb. İlkin məlumata görə, əvvəl onlardan ikisi minaya düşüb. Yaralıları ərazidən çıxarmaq istəyərkən digər iki nəfər də minaya düşüb.

DİGƏR XƏBƏRLƏR

Top