"Əgər bu universitet qanunsuz idisə, vaxtında niyə göz yumulub?" - Razi Nurullayev


"Bakı İslam Universitetinin yüzlərlə tələbəsi diplomsuz qalıb, bakalavrlar isə magisturaturaya daxil ola bilmir. Əgər bu universitet qanunsuz idisə, vaxtında niyə göz yumulub?"
Yeniavaz.com
xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev özünün sosial şəbəkədəki hesabında yazıb.
Millət vəkili tələbələrə qarşı biganəlikdən şikayətlənib: "Bakı İslam Universitetinin yüzlərlə tələbəsi diplomsuz qalıb, bakalavrlar isə magisturaturaya daxil ola bilmir. Bu sadə məsələ deyil, bu yüzlərlə gəncin taleyidir, qaranlıq görünən gələcəyinə atmaq istədiyi körpüdür. Əgər bu universitet qanunsuz idisə, vaxtında niyə göz yumulub? Niyə iki dəfə 5 illik olmaqla 10 illik lisenziya ala bilib? Nədən Müdafiə nazirliyi tələbələri il yarım yox, bir illik hərbi xidmətə çağırıb? 20 nəfərlik bir qrupda bir nəfər məhkəmə yolu ilə diplomunu ala bilibsə, 19 nəfər də ala bilər. Bu məsələdə ciddi ədalətsizlik, nizamsızlıq və 3550 nəfər tələbənin taleyinə biganəlik var. Azərbaycan gəncliyi bu məşəqqəti yaşamalı deyil. Hörmətli Baş nazirdən xahiş etdim ki, bu məsələnin həlli üçün əlindən gələni etsin və bu məsələnin həlli yolunu nədə gördüyünü soruşdum. Ümid edirəm ki, bir azdan cavab olacaq".

DİGƏR XƏBƏRLƏR

Top