Myanmadakı hadisələrlə Ermənistanı nə bağlayır?


Myanma rəhbərliyi ölkədə orduya qarşı çıxan etirazçılarla bağlı yeni məlumatlar yayımlayıb. 
Yeniavaz.com
xəbər verir ki, Myanmada hakimiyyəti ələ keçirən ordu rəsmiləri milyarder Corc Sorosun vəqflərindən birinin müxalifətçilərə dəstək verdiyini bildirib. Myanmada dərc edilən tanınmış “Global New Light of Myanmar” qəzetinin yaydığı məlumata görə, “Soros” vəqflərindən biri ölkənin Xarici Valyuta İdarəetmə qurumundan icazə almadan milyonlarla dollar pul köçürmə əməliyyatı həyata keçirib. Hazırda bununla bağlı araşdırma başladıldığı və 11 nəfərin axtarışa verildiyi bildirilib. 
Qəzet həmçinin sabiq Myanma dövlət müşaviri Suu Kyinin 2016-cı ildə Nyu-Yorkda Sorosla görüşünün fotolarını da yayıb. Bildirilir ki, 2016-cı ilə Myanmada qurulan hökumətin əsas dəstəkçisi Corc Sorosdur.
Myanma rəhbərliyindən verilən məlumata görə, adı çəkilən “Soros” vəqfi iddialar barədə açıqlama verməkdən imtina edib. 
Məlumat üçün deyək ki, Corc Soros dünyanın bir çox yerində Rusiya əleyhinə hakimiyyət və müxalifətçiləri dəstəkləməklə tanınır. Xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyan və onun yaxın ətrafının Soros tərəfindən maaliyyələşdirildiyi və dəstək verildiyi məlumdur. 
Yeri gəlmişkən qeyd edək ki, yaxın günlərdə mətbuatda Myanmadakı dövlət çevrilişində Rusiyanın əli olduğu barədə araşdırma yazısı dərc edilmişdi. Həmin məqalədə bildirilir ki, Myanma uzun müddət SSRİ-nin dəstəyi ilə idarə olunub. 2016-cı ildə həmin ölkədə hakimiyyət dəyişikliyi baş verdi, seçkilərlə yeni hökumət quruldu. Ancaq, 5 il müddət keçsədə hökumət ordu üzərində nəzarəti ələ keçirə bilmədi. Məqalədə qeyd olunan digər vacib məqam isə çevrilişdən on gün əvvəl Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Myanmanın paytaxtı Naypyidaunu ziyarət etməsi hadisəsidir. Bu səfər zamanı Şoyqu hazırda ölkəyə rəhbərlik edən general Min Aunq Hline ilə görüşüb. Sergey Şoyqu  və myanmalı general arasında "Pantsyr-S1" zenit raket və digər pilotsuz hava sistemlərinin tədarükü barədə razılıq əldə olunub. Son illərdə Rusiya Myanmaya onlarla MiG-29 qırıcıları, Yak-130 döyüş təlimçiləri, eləcə də Mi-35P, Mi-24 və Mi-17 vertolyotları verib. Son iki ildə Rusiyadan Myanmaya edilən ixracatın ümumi həcmi 500 milyon dollardan çox olub və Rusiyanın bu ölkəyə ixracatının üçdə ikisi gizli hərbi texnika tədarüküdür. Bütün bunlar Myanmanın hökuməti ilə yox, şəxsən general Hline ilə danışılıb.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top