Rusiya Azərbaycandakı 4 sahibkarlıq subyektindən pomidor idxalına icazə verdi


Rusiya Azərbaycanda fəaliyyət göstərən 4 sahibkarlıq subyektlərinə pomidor idxalına qoyduğu qadağanı götürdü.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor")  məlumat yayıb. Yeni qərarın Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti, habelə birgə aparılan yoxlamalardan sonra verildiyi bildirilib. Pomidor idxalı barədə məhdudiyyətlərin götürüldüyü sahibkarlıq subyektləri bunlardır:
MMC "EKO AQRO" (Bakı şəhəri, Nəsimi rayonu)
Rzayev Hüseyn Rahib (Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi)
Məmmədov Kazım Məmməd oğlu (Bakı şəhəri, Nəsimi rayonu)
Əliyev Fuad Paşa (Bakı şəhəri, Binəqədi rayonu)
 

DİGƏR XƏBƏRLƏR

Top