İsveç özləri hazırladığı peyvənddən istifadəni dayandırdı


İsveç hökuməti İngiltərə ilə birgə hazırladıqları “AstraZeneca” peyvəndinin istifadəsini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Bildirilib ki, vaksindən istifadənin dayandırılması tədbir xarakterlidir. Avropa Dərman Agentliyinin apardığı araşdırmanın nəticələri çıxdıqdan sonra müvafiq addımlar atılacaq.
Qeyd edək ki, koronavirusa qarşı hazırlanan “AstraZeneca” vaksininin damarlarda tromb əmələ gətirdiyi bildirilir. Bu səbəblə dünyanın bir çox ölkəsi həmin peyvənddən istifadəni dayandırıb.
 

DİGƏR XƏBƏRLƏR

Top