Erməni əsilli qazinin son istəyi yerinə yetirildi – "Türk bayrağına bükülüb..." – FOTO


Almaniyada 91 yaşında vəfat edən erməni əsilli Koreya müharibəsi qazisi Minas Kayanın son istəyi yerinə yetirilib. 
Yeniavaz.com
“haberler.com”a istinadla xəbər verir ki, Minas Kayanın son istəyi Türkiyə bayrağına bükülərək dəfn edilmək olub. 91 yaşında dünyasını dəyişən Koreya müharibəsi qazisinin yaxınları onun vəsiyyətini yerinə yetiriblər. Belə ki, ailəsi Minas Kayanın tabutunu Türkiyə bayrağına bükərək dəfn ediblər. Oğlu Murad Qaya verdiyi açıqlamasında atasının bütün dinlərə hörmətlə yanaşdığını və dəfn edilərkən İslam dininin qaydalarına uyğun addım atdıqlarını deyib.

DİGƏR XƏBƏRLƏR

Top