Hazırda koronavirusdan ölüm hallarının çox olduğu ölkələrin SİYAHISI


Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb. 
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, bu saata qədər ən çox gündəlik ölüm halının qeydə alındığı ölkə Ukraynadır. Həmin ölkədə bu gün 265 nəfər COVİD-19-dan ölüb, 9 min 642 nəfər isə yoluxub. Ümumilikdə isə Ukraynada 1 milyon 477 min 190 nəfər koronavirusa yoluxub, 28 min 607 nəfər isə dünyasını dəyişib.
İkinci sırada Meksikadır. Orada bu gün 234 nəfər koronavirusdan ölüb, 1439 nəfər isə həmin xəstəliyə yoluxub. Ümumilikdə isə 2 milyon 167 min 729 nəfər COVİD-19- yoluxub, 194 min 944 nəfər isə dünyasını dəyişib.
Üçüncü yerdə Belçika dayanır. Belçikada 104 nəfər ölüb, 1578 nəfər isə yoluxub. Nəticədə, orada COVİD-19-dan ölənlərin sayı 22 min 545-ə, yoluxanların sayı isə 809 min 861-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top