“Neftçi”yə transfer olan Hondanı kosmonavt dostu belə təbrik etdi - FOTO


“Neftçi” futbol klubunun yaponiyalı yeni transferi Keysuke Honda Bakı klubuna keçidinə görə maraqlı təbrik alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o “twitter”də məlumat verib. Belə ki, yaponiyalı kosmonavt Soiti Noquti elə “twitter” vasitəsilə Bakının kosmosdan görünən halının fotosunu paylaşıb və bunları yazıb:
“Səni “Neftçi”yə keçidin münasibətilə təbrik edirəm Yeni dünyanda uğurlar!”
Təcrübəli yarımmüdafiəçi isə həmin təbriki “retweet” edərək belə cavablandırıb: "Mən kosmosdan xüsusi məlumat aldım. Sən bizim arzumuzsan. Yeri gəlmişkən, bəs Azərbaycan haradadır"?
Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi "ağ-qaralar"ın formasını geyinəcək.

DİGƏR XƏBƏRLƏR

Top