Kanada, Venesuela, Kipr, Latviya və Sloveniya “AstraZeneca” peyvəndindən istifadəni dayandırıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, həmin ölkələr koronavirus əleyhinə hazırlanan “AstraZeneca” peyvəndinin damarlarda tromba səbəb olması prosesinin araşdırılmasını tələb edirlər. Vaksinin yenidən istifadəsi üçün “AstraZeneca” peyvəndinin təhlükəsizliyinin dəqiqləşdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Danimarka, İslandiya, Norveç, Yaponiya, Tayland və Niderland bir neçə gün əvvəl “AstraZeneca”dan istifadəni müvəqqəti olaraq dayandırmışdı.