Daha bir ölkədə sərt karantin rejiminə görə etirazlar başladı


İordaniyada sərt karantin rejiminə görə kütləvi etirazlar başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İordaniyada koronavirusun yayılması səbəbilə komendant saatının tətbiqi ilə etirazlar başlayıb. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək, 11 mart tarixində tətbiq edilən məhdudiyyətlərin qaldırılmasını tələb etdilər.
Xatırladaq ki, bundan əvvəl İtaliyada, İspaniyada, Niderlandda, Fransada karantin rejiminin tətbiqinə görə etirazlar başlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top