General-leytanant Rövşən Əkbərovun həbs edilməsi rəsmən təsdiqləndi - YENİLƏNİB


Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı xəbərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, R. Əkbərovun həbs edilməsi ilə yayılan xəbərlər doğrudur. 
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.

***00:06
General-leytenant Rövşən Əkbərov həbs edilib.

Yeniavaz.com xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub.

DİGƏR XƏBƏRLƏR

Top