Səhər yeməyində sarıkök qəbul edilərsə, orqanizmdə nə baş verər?


Azərbaycan mətbəxi geniş olduğundan yeməklərdə istifadə olunan ədviyyatların növləri də genişdir. Onlardan biri də sarıkökdür.
Yeniavaz.com
xəbər verir ki, bu ədviyyat yeməklərə gözəl dad, rəng verməklə yanaşı, qədim zamanlardan xalq təbabətində geniş istifadə edilib və sağlamlıq üçün bir çox faydaları da var. Araşdırma nəticəsində sarıkökün xərçəngdən diabetə qədər bir çox xəstəlikdə təsirli olduğunu məlum olub. Lakin diabet xəstəli istifadəedərkən diqqətli olmalıdırlar. Çünki, ədviyyat qanda şəkərin miqdarını aşağı sala bilər. Güclü bir antioksidan təsiri olan ədviyyatın bədənin bütün iltihablarını təmizlədiyi, immun sistemini gücləndirdiyi və xərçənglə mübarizədə kömək etdiyi bildirilir. Hər gün 150 milli qram sarıkök istehlak etmək ürək fəaliyyətini artırır. Toyuq suyuna əlavə edilərək istehlak edildikdə isə gün ərzində orqanizmi lazım olan enerji ilə təmin edir.  1 stəkan isti südə yarım çay qaşığı sarıkök əlavə edib, qəbul edildikdə öskürəyin qarşını alır. Sarıkök yeməkdən sonra köpün yaranmasının da qarşısını alır, beyinin fəaliyyətinə müsbət təsir edir və yaddaşı yaxşılaşdırır. Son dövrlərdə mütəxəssislər sarıkökü səhər yeməyində istehlak etməyi məsləhət görürülər.
Bəs sarıkök səhər yeməyində istehlak edilərsə, orqanizmdə nə baş verər?
Mütəxəssislər, səhər yeməyində pomidor yumurta kimi qidalara sarıkök  əlavə edilməsini tövsiyə edirlər.  Bu, gün ərzində bədəndə olan zərərli toksinləri atmaqda köməkçi olur, həzmi asanlaşdırır, xüsusilə mədə divarını gücləndirir və xora kimi xəstəliklərin qarşısını alır. Bundan əlavə, qanı təmizləyir, təzyiqi tarazlayır və xərçəngin, xüsuilə südvəzi, dəri, bağırsaq xərçəngin müalicə müddətində istifadə edilir.
Haşiyə: Sarıkök allergiyası olan şəxslərə qəti şəkildə olmaz. Ona görə də istifadə etməzdən öncə mütləq ya həkimlə məsləhətləşmək, ya da sınaqdan keçirmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top