Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb


Ağdaşda orta məktəblərdən biri koronavirusa görə bağlanıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 nömrəli tam orta məktəbdə iki şagird və bir müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin təhsil müəssisində bu gündən dərs prosesinin distant təhsilə keçirilməsinə dair qərar verilib.
Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu günə kimi rayon üzrə təhsil müəssisələrində 35 şagird və 9 müəllimdə COVİD-19 virusu aşkar edilib.

DİGƏR XƏBƏRLƏR

Top