Azərbaycanda orta aylıq əmək haqqı azaldı - RƏSMİ


Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 690 manat 90 qəpik olub.
Yeniavaz.com
 açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21 manat 21 qəpik və ya 3% azalıb. Belə ki, ötən ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 712 manat 10 qəpik olub.
Onu da bildirək ki, 2020-ci ilin yekununda ölkədə orta aylıq əmək haqqı 707 manat 30 qəpik olub.
Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

DİGƏR XƏBƏRLƏR

Top