Suriyada öldürülən rus hərbçilərinin sayı açıqlandı


Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bu günə qədər öldürülən rus hərbçilərinin sayı açıqlanıb.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, Rusiya Duması Müdafiə Komitəsinin sədrinin birinci müavini Andrey Krasov Suriyada bu günə qədər 112 rus hərbçisinin öldürüldüyünü bildirib. Hadisələrin təfərrüatları barədə isə məlumat verilməyib.
Qeyd edək ki, Rusiya 2015-ci ilin sentyabrından Suriyada hərbi əməliyyatlara başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top