Yeni müharibə barədə yayılan xəbərlərə Ermənistan MN-dan AÇIQLAMA


Ermənistanın Müdafiə Nazirliyi yeni müharibə barədə ermənilər arasında yayılan məlumatlara açıqlama verib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, Ermənistan Müdafiə nazirinin müavini  Arman Sarkisyan son günlər Ermənistanda yayılan yeni müharibə barədə iddialara aydınlıq gətirib. O bildirib ki, yeni müharibə olmayacaq:
“Hazırda müharibə müzakirə mövzusu deyil. Belə bir problem ortaya çıxarsa, dərhal tədbirlər görüləcək. Lakin hər an müharibəyə hazır olmalıyıq. Ancaq, indi belə bir iddia qaldırmağa, həyəcan təbili çalmağa ehtiyac yoxdur”.
 

DİGƏR XƏBƏRLƏR

Top