Koronavirusa görə daha iki məktəb bağlandı


Gəncə koronavirus səbəbindən daha iki məktəb bağlanıb. 

Gəncə şəhər 31 və 36 nömrəli tam orta məktəbləri koronavirusa görə fəaliyyətini dayandırıb.

Belə ki, ilkin məlumata görə, 31 nömrəli tam orta məktəbdə dörd şagirddə, 36 nömrəli tam orta məktəbdə isə üç müəllimdə COVİD-19 infeksiyası aşkarlanıb. Bu səbəbdən də məktəblər distant təhsilə keçirilib. 

Qeyd edək ki, bundan öncə Gəncə şəhərində yerləşən 12 və 26 saylı tam orta məktəblər də eyni səbəbdən bağlanıb.  (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top