"Ermənistanda vətəndaş müharibəsi başlayacaq" – Artak Zakaryan


Ermənistan parlamentinin üzvü Artak Zakaryan baş nazir Nikol Paşinyanın yenidən həmin vəzifəyə seçildiyi təqdirdə vətəndaş müharibəsinin başlayacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Zakaryan “facebook” vasitəsilə yaydığı məlumatda Ermənistanda vətəndaş müharibəsinin başlayaca biləcəyini deyib. Onun sözlərinə görə, Paşinyan yenidən baş nazir seçilməməlidir:
“Cinayətkarlarla yenidən seçkilərə getmək böhrandan çıxış yolu deyil. Əgər bu baş versə, vətəndaş müharibəsi qaçınılmazdır. Sözlərimi yadda saxlayın, əgər yanılsam hamıdan üzr istəyəcəyəm. Seçki öncəsi və sonrası proseslər dava, şiddət, bıçaqlanma, işgəncə və saxtakarlıqlarla müşayiət olunacaq. Bütün bunlar və xaos şəraitində baş verəcəkdir. Bu hökumət, yeni antirus dalğası çərçivəsində böyük geosiyasi toqquşmaların mərkəzinə çevriləcək”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan may-iyun aylarında ölkədə yenidən parlament seçkiləri keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top