Azərbaycandakı siyasi partiya sədrləri işğaldan azad edilmiş ərazilərə səfər edəcək

Azərbaycanda siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil ediləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Report”a Ağ Partiya sədri Tural Abbaslı məlumat verib.

O bildirib ki, səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir:

“Səfərin ayın 17-də təşkil edilməsi gözlənilir. Marşrut xətti ilə bağlı isə bizə hələ məlumat verilməyib”.

DİGƏR XƏBƏRLƏR

Top