Səhiyyə Nazirliyinin 30 milyonluq tenderinin qalibi bu şirkət oldu – Deputatdan alınan şirkət


Səhiyyə Nazirliyinin “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Avromed” QSC olub.
“Avromed” QSC Səhiyyə nazirliyinə 29 milyon 832 min 895 manat 70 qəpik dəyərində şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi ləvazimatları satacaq.
Qeyd edək ki, “Avromed” QSC 20.12.2001-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 57 min manat olan QSC-nin hüquqi ünvanı Nizami rayonu, Nizami Abdullayev, ev 47-də yerləşir. QSC-nin qanuni təmsilçisi Kamran Aqasi Akif oğludur.
Məlumat üçün bildirək ki, Kamran Aqasi ötən ilin mart ayının10-dan etinbarən “Avromed” QSC-yə rəhbərlik edir. Bundan əvvəl Kamran Aqasi ölkənin ən böyük holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda (Neftçilər pr. ev 153) qeydiyyatda olan “Agro Dairy” MMC-nin direktoru olub.
Onu da bildirək ki, mətbuatda “Avromed” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilir. Cavanşir Feyziyevin rəsmi tərcümeyi halında millət vəlilinin 2002-2010-cu illərdə “Avromed” QSC-nin baş direktoru olduğu göstərilir. Ötən ilin dekabr ayında “Avromed” QSC-dən verilən açıqlmada qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb: “Beləliklə, dörd ildən çoxdur ki, cənab Feyziyevin şirkətimiz və onun rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top