Sabiq deputatın atası sabah hakim qarşısına çıxacaq - SƏBƏB


2010-2015-ci illərdə deputat olan Aslan Cəfərovun atası Məmmədhüseyn Cəfərovun rəhbərlik etdiyi “Diplomat-I” Firması barəsində məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, “Diplomat-1” Firması barəsində məhkəmə iddiası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qaldırılıb.
Məhkəmə iclası sabah - 16.03.2021-ci il tarixində saat 17:20-də Bakı Kommersiya Məhkəməsində Emin Əliyevin sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, hazırlıq iclası 25.02.2021-ci il tarixində keçirilib.
Məlumat üçün bildirək ki, “Diplomat-I” Firması hazırda dövlət büdcəsinə 29 min 482 manat 95 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, 1973-cü il iyulun 23-də Bakı şəhərində anadan olub. 1992–1995-ci illərdə “Areal” MMC vitse- prezidenti işləyib. 2002-ci ildən İqtisadi İnkişaf Nazirliyinin Ekspertiza Mərkəzi direktorunun müavini, 2007-ci ildən İqtisadi İnkişaf Nazirliyi yanında İstehsal Bazarına Nəzarət üzrə Dövlət Xidməti rəisinin müavini vəzifələrində çalışəb. 2008–2010- cu illərdə “Diplomat-I” firmasının kommersiya direktoru olub. 2010-cu ildə 77 saylı Astara seçki dairəsindən deputat seçilib.
“Diplomat-I” firması Avstriya və Almaniyadan Azərbaycana uşaq qidalarını gətirməklə məşğuldur. Bu qidaların arasında ən məşhuru “Hipp” qidalarıdır. “Diplomat-I” firması "HiPP Avstriya " şirkətinin Azərbaycandakı rəsmi nümayəndisidir. 
Onu da bildirək ki, sabiq deputation atası Cəfərov Məmmədhüseyn Abutalıb oğlu 1942-ci ildə anadan olub. 3 il əvvəl Məmmədhüseyn Cəfərovun adı Nizami küçəsində ("Torqovıy") yerləşən mənzilinə oğruların girməsilə gündəmə gəlib.
Məmmədhüseyn Cəfərov “Diplomat-I” Firmasından başqa 2013-cü ildə dövlət qeydiyyatına alınan “Bakı Logistika Mərkəzi” MMC-nin də rəhbəridir. 2017-ci ildə “Paşa Bank” ASC kredit borclarını ödəmədiyi üçün “Bakı Logistika Mərkəzi” MMC, “Diplomat-I” firması, Cəfərov Məmmədhüseyn Abutalıb oğlu və Cəfərova Vüsalə Vahidovnaya qarşı məhkkəmə iddiası qaldırıb.

DİGƏR XƏBƏRLƏR

Top