"Charlie Hebdo" ABŞ-da polisin öldürdüyü Corc Floydu lağa qoydu – FOTO


Fransanın məşhur “Charlie Hebdo” jurnalı bu dəfə ABŞ-da polis tərəfindən qətlə yetirilən qaradərili Corc Floydu lağa qoymaqla gündəmə gəlib.
Yeniavaz.com
“İndephendent”ə istinadla xəbər verir ki, “Charlie Hebdo” juranlı Corc Floydun ölüm səhnəsini karikatura şəklində hazırlayıb. Fotoda polisin yerinə İngiltərə kraliçası Elizabet, Floydun yerinə isə İngiltərə şahzadəsinin həyat yoldaşı Meqan Markel qoyulub. Karikaturada kraliçanın adından “Meqan, niyə sarayı tərk etdi?” Meqanın adından isə “çünki, artıq nəfəs ala bilmirdi” ifadələri yer alıb.  Həmin karikatura İngilətərədə və dünyanın bir çox yerində sərt tənqid edilib. Xüsusilə, sosial şəbəkə istifadəçiləri məzlum şəkildə öldürülən və ABŞ-da qaradərililərin simvoluna çevrilən Floyd hadisəsindən jurnalın bu cür istifadə etməsini təhqiredici adlandırıblar. 
Qısa vaxt milyonlarla şəxs tərəfindən tənqid edilən “Charlie Hebdo” jurnalından hələlik heç bir açıqlama verilməyib. 
Qeyd edək ki, “Charlie Hebdo” İslam dininə qarşı təhqiredici karikaturalarla tanınan jurnaldır.

DİGƏR XƏBƏRLƏR

Top