İki gün əvvəl dünyasını dəyişən Humay Quliyevanın “TEDx” çıxışı - VİDEO

Xəbər veridyimiz kimi, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qızı Humay Quliyeva vəfat edib. 

Yeniavaz.com xəbər verir ki, Humay Quliyeva 13 mart şənbə günü dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik məlum deyil. 

H.Quliyeva əvvəllər Mərkəzi Bankda və BP kimi kommersiya şirkətlərində işləsə də, həyatının son illərini humanitar təşkilatlarda ictimai fəaliyyətə həsr edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi dünyada müharibələrin və münaqişələrin baş verdiyi ölkələrdə mülki əhaliyə yardımlar etmək üçün çalışıb. 2015-ci ildə Ukraynada humanitar missiyanın ilk nümayəndələrindən olub. Daha sonra Mərkəzi Afrika ölkəsində təşkilatın əməkdaşı kimi fəaliyyət göstərib.

H.Quliyeva paytaxtda 20 nömrəli məktəbdə və Bakı Avropa Liseyində orta təhsilini alıb. 2001-2005- ci illərdə Bilkənt Universitetində iqtisadiyyat üzrə təhsilini davam etdirib. Daha sonra Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. Dünya Bankındakı fəaliyyətindən sonra Bakıda Mərkəzi Bankın əməkdaşı olub. İngilis, fransız, ispan, rus, türk dillərini bilib.

H.Quliyevanın 2013-cü ildə “TEDx” platformasında “Cəsarətin vacibliyi” mövzusunda etdiyi çıxışın videosunu təqdim edirik: 

 

 

Bundan başqa, H.Quliyeva “Əkinçi” layihəsinin də qonağı olmuş, sosial missiyası haqda danışmışdı:

“2016-cı ilin “Aprel döyüşləri”ndə Mərkəzi Afrika Respublikasında idim və sözün əsl mənasında ürəyim partlayırdı. Bu qədər xəbərlər, sosial mediada yayılan söhbətlər, mənim üçün çox ağır bir vaxt idi. Mən doğrudan da həmin vaxt burada olmaq, Azərbaycandakı missiyamızda çalışmaq istəyərdim. Amma təəssüf ki, neytrallıq və qərəzsizlik məsələsinə görə, mən Azərbaycan vətəndaşı olduğum üçün Azərbaycanda işləməyim qeyri-mümkündür”.

 

 

DİGƏR XƏBƏRLƏR

Top