Daha bir Avropa ölkəsi "AstraZeneca"nın istifadəsini dayandırdı


Niderland "AstraZeneca" peyvəndinin istifadəsini dayandırıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Niderland “AstraZeneca” peyvəndinin istifadəsini ən az 28 mart tarixinədək dayandırır. Bu barədə Niderland hökumətinin qərarında deyilir. Rəsmi məlumatda bildirilib ki, vaksinin təkrar istifadəsi ilə bağlı qərar Avropa Dərman Agentliyi tərəfindən aparılan araşdırmanın nəticələrindən sonra elan ediləcək. 
Xatırladaq ki, Danimarka, İslandiya, Norveç, Yaponiya və Tayland da “AstraZeneca” peyvəndindən istifadəni müvəqqəti olaraq dayandırıb.
Buna səbəb həmin peyvənddən istifadə edən bir çox şəxsin damarlarında trombun əmələ gəlməsi olub. 

DİGƏR XƏBƏRLƏR

Top