"Bravo"ya əcnəbi direktor təyin olundu


Azərbaycanda fəaliyyət göstərən ən böyük supermarketlər şəbəkəsindən biri olan “Bravo”ya bundan sonra xarici ölkə vətəndaşı rəhbərlik edəcək.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Bravo” brendi ilə fəaliyyıt göstırən “Azərbaycan Supermarket” MMC-yə yeni direktor təyin olunub.
“Azərbaycan Supermarket” MMC-nin direktoru Mikayılov Zaur Rauf oğlunun Kevin Paul Landi təyin edilib.
Məlumat üçün bildirək ki, yeni direktor əvvəllər “Azərbaycan Supermarket” MMC-də Pərakəndə ticarət üzrə direktor olub.
Qeyd edək ki, “Bravo” brendinin sahibi olan “Azərbaycan Supermarket” MMC 2015-ci ildə təsis olunub. Niamnamə kapitalı 2 min manat olan MMC-nin hüuqi ünvanı Nizami rayonu, Heydər Əliyev pr. Ev 172-də yerləşir. Daha əvvəl “Azərbaycan Supermarket” MMC-nin hüquqi ünvanı “Paşa Holdin”in qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 152-də yerləşirdi.

DİGƏR XƏBƏRLƏR

Top