Hesablama Palatasına təyin olunacaq sədr müavini və auditorların adları məlum olub


"Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında" məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Yeniavaz.com Report-a istinadən xəbər evrir ki, Nəsir İbrahim oğlu Sadıqovun Palata sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.

Bundan əlavə, Cavid Fazil oğlu Bayramovun, Hilal Qorxmaz oğlu Hüseynovun və Vəfa Allahverən qızı Mütəllimovanın Hesablama Palatasının auditorlarının təyin edilməsi üçün namizədliyi irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top