Niderlandda parlament seçkiləri keçirilir


Niderlandda bu gün parlament seçkiləri başlayır.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, 150 millət vəkilinin müəyyən ediləcəyi seçkilər bu il koronavirus pandemiyası ilə əlaqədar üç gün davam edəcək. Ölkədə əsas sayılan 9 min 200 seçki məntəqəsi 17 martda açılacaq. Niderland hökuməti ilk növbədə yaşlı insanları və ağır koronavirus infeksiyasına yoluxma riski olan şəxsləri ilk iki gün seçkilərdə iştirak etməyə çağırıb. 70 yaşdan yuxarı insanların poçt vasitəsilə səs verə biləcəyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top