Goranboy sakini şirniyyatdan zəhərlənib


Goranboy sakini şirniyyat məhsulundan zəhərlənib.

Yeniavaz.com xəbər verir ki, hadisə gecə saatlarında rayonun Veyisli kəndində baş verib.
1974-cü il təvəllüdlü kənd sakini Həsənova Sevda Murad qızı qida zəhərlənməsi səbəbilə xəstəxanaya çatdırılıb. Məlumata görə, o, qidalandığı zaman həm də dükandan aldığı şirniyyat məhsulları yeyib və bundan sonra halı pisləşib.
Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top