"Range Rover"lə qəzaya düşən "Hacı Mazan"dan YENİ XƏBƏR


Ələt-Astara yolunda ağır qəzaya düşən "Hacı Mazan" ləqəbli iş adamı Ramazan Zeynalov Almaniyadakı müalicəsini başa vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə unikal.org-a açıqlama verən R.Zeynalov hazırda Bakıya qayıtdığını deyib: "Qəza zamanı ayağım qırılmışdı. Əməliyyat olundum və ayağıma titan metaldan mil qoyulub. Mülicəm Azərbaycanda davam edir. Hazırda əsa ilə gəzirəm. Yayda ola bilsin ki, yenidən müayinə üçün Almaniyaya gedim. Səhhətim tam sağalmasa da,  işimin başındayam. Bakı və Masallıda olan işlərimi özüm idarə edirəm".
Qeyd edək ki, keçən ilin iyul ayında Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover"inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov xəsarət almışdılar.

DİGƏR XƏBƏRLƏR

Top